EN

“Bəzən özüm də məşqçiyə etiraz etmişəm” – Qurban Qurbanov

"Bəzən futbolçu olduğum vaxtda özüm də məşqçiyə etiraz etmişəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, yaxşı məşqçi olmaq üçün futbolçu olmaq, uğurlu olmaq üçün isə çox çalışmaq lazımdır:

“Peşəkar futbol oynamağa başlayanda futbolçu psixologiyasını öyrənməyə başladım. Uğurlu olmaq üçün həmişə çox çalışmağı üstün tutmuşam.

İndi də bunu futbolçularıma aşılayıram. Bəzən onların bundan xoşu gəlmir.

Futbolçu olduğum illər yadıma düşür və çalışıram ki, onları anlayaraq çox çalışmağı onlara aşılayım. "Qarabağ"ın qalibiyyəti həm də xalqı sevindirir.

2009-cu ildə Avqoliqada qələbə qazandığımız gün Ağdamın işğalı gününə təsadüf etmişdi. Həmin gün qalib olmağımız bizi çox sevindirdi. O qələbə bizim üçün çox keyfiyyətli idi”.

Chosen
6
1
sportinfo.az

2Sources