EN

Ürəklərdə əbədiləşən şəxsiyyət, mahir kəşfiyyatçı

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Görkəmıli dövlət xadimi, keçmiş SSRİ-nin “Fəxri çekist”i, uzun illər Dövlət Təhlükəsizlik Orqanlarında  xidmət edən, polkovnik Rzaqulu Hüseyn oğlu  Quliyevin 110 illik yubileyi münasibətilə DTX-nın Mədəniyyət Mərkəzində anım mərasimi keçirilmişdir. Tədbirdə mərhum kəşfiyyatçının  həmkarları, ailə üzvləri, ziyalılar, millət vəkilləri, ictimai  təşkilatların nümayəndələri iştirak etmişlər.

Anım mərasimini “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları İctimai Birliyinin sədri Fəxri Abbasov açaraq  Rzaqulu Quliyevin 110 illik yubileyi münasibətilə ürək sözlərini bildirmiş, sözü mərhum kəşfiyyatçı ilə bağlı xatirələrini yada salan qonaqlara,  Rzaqulu Hüseynovla birgə işləmiş veteran həmkarlarına vermişdir.

Məşhur kəşfiyyatçının iş yoldaşları olmuş DTX-nın fəxri əməkdaşları Şamil Süleymanov, Arif Zeynalov, general  Fəxrəddin Təhməzov  Rzaqulu Quliyevin peşəkarlığından,   milli mənafeyimizi hər şeydən üstün tutmasından və DTX zabiti kimi insani keyfiyyətlərindən, zabit adının müqəddəsliyini  əməlləri, geniş fəaliyyəti ilə hər şeydən üstün tutmasından söhbət açmışlar.  

Yazışı, jurnalist Elmira Axundova  görkəmli  şəxsiyyət Rzaqulu Quliyevlə bağlı araşdırmalarından maraqlı faktları mərasim iştirakçılarının diqqətinə çatdırmış, ümummilli lider Heydər Əliyev haqqında yazdığı kitablarda bu məşhur kəşfiyyatçı ilə onun əbədiyaşar dostluğundan yazdıqları  barədə danışmışdır.

Anım mərasimində Milli Məclisin  Müdafiə, Təhlükəsizlik  və korrupsiyaya qarşı mübarizə Komitəsinin sədri, deputat  Arzu  Nağıyev DTX sıralarında fədakarlıqla, vətəndaş mövqeyi ilə xidmət etmiş mərhum Rzaqulu Quliyevin 110 illik yubileyi münasibətilə rəhbərlik etdiyi komitə adından çıxış edərək, mərhumun qızı Zərifə Quliyevaya  diplom təqdim etmişdir. 

“Alyans” Azərbaycan  Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin təsis etdiyi “Mehdi Hüseynzadə”  yubiley medalı  Rzaqulu Quliyevin davamçısı, nəvəsi  Fərid Quliyevə və mərhumun qızı Zərifə Quliyevaya təqdim olunmuşdur.

Anım toplantısının sonunda Rzaqulu Hüseyn oğlu  Quliyevin ömür yoluna, həyat mövqeyinə həsr olunmuş “Mahir kəşfiyyatçı, vətəndaş, ata...” adlı sənədli televiziya filminin nümayişi olmuşdur.

Rzaqulu Quliyevin qızı Zərifə Quliyeva atasının xatirəsini əziz tutan DTX rəhbərliyinə, toplantıda iştirak edən ziyalılara, ictimayyətin nümayəndələrinə ailəsi adından dərin minnətdarlığını bildirmişdir. 

Kəmalə ABDİNOVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
xalqqazeti.az

2Sources