EN

Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var - Sahibə Qafarova

 

Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var.

Missiya.Az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə brifinqdə danışıb.

Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri regional müstəvidə Cənubi Qafqaz-Balkan əməkdaşlığına təkan vermək baxımından vacib əhəmiyyət daşıyır:

"Azərbaycanla Serbiya arasında bir sıra istiqamətlərdə münasibətlərin inkişafı üçün böyük potensial var. Bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının, həmçinin münasibətləri daha da inkişaf etdirmək istəyimizin göstəricisidir. Bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi böyük məmnunluq doğurur".

Spiker əlavə edib ki, Azərbaycan və Serbiyanın siyasi əlaqələri nümunə təşkil edir:

"Azərbaycan və Serbiya arasında əməkdaşlıq əlaqələri ona görə yaxındır ki, gələcək üçün ortaq baxışa sahibik. Səfərimin məqsədi iqtisadi, siyasi və parlamentlərarası əlaqələrin gücləndirilməsinə xidmət etməkdir. Bizim ikitərəfli əlaqələrimiz nümunə təşkil edir".

Chosen
13
4
missiya.az

5Sources