Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib.


Bu barədə Rekord.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


Qeyd edək ki, Q.İsmayılov uzun illər Quba şahmat məktəbinə rəhbərlik edib, bu idman növünün inkişafı naminə müxtəlif layihələr reallaşdırıb.