EN

“Ağdərə”də saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən və Vəfa Əsəd qızı Nəbiyevaya məxsus olan “Ağdərə” restoranında yoxlama keçiriblər.

Bu barədə Bizim.Media-ya agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
 

Bildirilib ki, baxış zamanı restoranda istehlaka təqdim olunan “Banketnaya” əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laborotoriyasına təqdim olunub.


Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb.

Araşdırmalar davam etdirilir.




Bizim.Media

Chosen
17
14
bizim.media

10Sources