EN

Bakıda 21 yaşlı qız dərmandan zəhərlənərək ölüb

“İslam Maliyyə Qurumları üçün Mühasibat Uçotu və Audit Təşkilatı (AAOIFI) Azərbaycanı İslam bankçılığının inkişafında dəstəkləməyə hazırdır”. 

Bunu AAOIFI-nin qəyyumluq şurasının sədri şeyx İbrahim bin Xəlifa Əl Xəlifadeyib.

O bildirib ki, "İndi biz İslam bankları üçün əlçatan vəsaitlərin məbləğini bilirik. Bu, təxminən 6 trilyon ABŞ dollarıdır. Bu uzunmüddətli kapitaldır ki, hökumətlərə bu gün lazımdır". 

Şeyx İbrahimin sözlərinə görə, aktivlərlə təminat və risklərin bölüşdürülməsinə əsaslanan prinsip bu vəsaitləri davamlı, inklüziv və dayanıqlı inkişaf məqsədlərinə uyğun edir.

O bildirib ki, AAOIFI-də Azərbaycanı dəstəkləməyə hazırdrılar: 

"Bu regionda maliyyə fəaliyyətinin mərkəzi olmağa can atırıq".

İ.Xəlifa vurğulayıb ki, təşkilatın gələcəkdə ölkənin strateji layihələrinə uzunmüddətli maliyyə dəstəyi verərək bu mexanizmlərdən istifadəyə ümid etdiyini vurğulayıb. 

Qeyd edək ki, ölkədə İslam Bankının tətbiqi ilə bağlı uzun illərdir müzakirələr aparılsa da, bu istiqamətdə irəliləyiş əldə edilməyib. İsalm Bankının fəaliyyətə başlaması mümkündürmü və həmin bankın yaradılması vətəndaşlar üçün hansı imkanlar aça bilər? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, o, 2005-ci ildə Mərkəzi Bankdan işdən gedib və həmin dövrdə bu qurum İslam bankçılığını öyrənməyə başlamışdı: 

“Bunu Azərbaycanda tətbiq etmək əzmində idi. Artıq 20 il keçib və bu istiqamətdə heç nə reallaşmayıb. Mən orada çalışan zaman İslan İnkişaf Bankını dəstəkləyirdim. Hətta dünyadakı İslam İnkişaf Bankı ilə əlaqədəydim. Zaman-zaman bu bankla bağlı söhbət ortaya çıxır, ancaq reallaşdırılmır. Ancaq təbii ki, ehtiyac var. Hamı bilir ki, İslam bankçılığı faizə, sələmə əsaslanmayan maliyyə alətləridir. 

Daha çox iştirakçılığa, payçılığa əsaslanır. Azərbaycanda xeyli insan var ki, İslam prinsipləri ilə öz həyatını qurub və faizə pul yerləşdirmək, pul götürmək istəmir. Birincisi, bu vətəndaşların pulu var və onu Azərbaycan banklarına yerləşdirmirlər. Çünki halal hesab etmirlər. Yəni bu pul bank sistemindən kənarda qalır. 

Burada təhlükəsizlik məsələləri də var ki, bəzən həmin pullar başqa məqsədlə heç sahibləri bilmədən istifadə oluna bilər. Digər tərəfdən, ola bilər ki, həmin insanlar aktivdir, sahibkardır, kredit götürsəydilər, ölkədə yaxşı iş qura bilərdilər. Ancaq götürmürlər, çünki faizlə pul götürməyi düzgün hesab etmirlər”.

Onun sözlərinə görə, İslam Bankının faizsiz kredit verməsi o demək deyil ki, əvəzsiz verir: 

“Əlbəttə, o da qazanmalıdır. Sadəcə adi banklardan kredit götürdükdə, hər ay gəlirin oldu-olmadı faiz ödəməli olurlar. İslam Bankında belə deyil. Kredit müraciətində bank fəaliyyətin, biznesin sahiblərindən biri olur. Əgər sabah mənfəət olacaqsa, bankla bölüşdürüləcək, olmayacaqsa, demək ki, yoxdur. Bu, həm də problemli krditlərin də qarşısını alır. Azərbaycan iqtiadiyyatı üçün xeyri odur ki, xeyli ölkə buraya pul qoyacaq. Xüsusilə də ərəb ölkələrini- Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliklərini göstərmək olar. 

Azərbaycanda bu bankın olmamasının bir səbəbi odur ki, bu işi həyata keçirməli olan dövlət orqanlarının istəyi yoxdur. İkincisi, kadrlar, bu işləri bilənlər yoxdur. Ən böyük problemlərdən biri şəffaflıq yoxdur. İslam bankçılığı iqtisadiyyatda, maliyyədə şəffaflıq tələb edir. Çünki şəffaflıq olmasa, bir-birini aldatmaq ehtimalı var. 

Məsələn, mən bu gün gedib ənənəvi bankdan pul götürürəmsə, mənim fəaliyyətimə nəzarət edir və mənfəətimin olub-olmaması onu maraqlandırmır. Deyir ki, sən mənə borcunu ödə. İslam bankçılığında isə mənfəət olmalıdır ki, nəsə ödəyim. Burada bir amil də var ki, vətəndaş gizlədə bilər və mənfəətinin olmadığını deyə bilər. Bu zaman şəffaflıq olmalıdır. Yəni ölkədə İslam bankçılığına ehtiyac var. Ancaq inanmıram ki, yaxın vaxtlarda Azərbaycanda bu sahədə nəsə olsun”. 

Ekspert deyir ki, İslam bankçılığında biznes kreditlərindən fərqli olaraq istehlak kreditlərinin verilməsi bir qədər fərqlidir: 

“Orada bir qayda olaraq komision haqqı olur, yəni faiz deyil. Bəzi İslam bankları var ki, vətəndaşlara heç nə olmadan kredit verir, dəstək olur. Normal cəmiyyətlərdə 100 il bundan əvvəl vətəndaşların kreditlə pul götürməsi yox idi. Kiməsə pul lazım olurdusa, gedib qonşudan, tanışdan, qohumdan götürürdü. Hamı işləyirdi, maaş alırdı.  İslam bankçılığı belə bir modeldir ki, deyir “gəl, biz sahibkarlığa kömək edək, insanların iş yeri olsun, maaşı artsın”.

Yəni onun ehtiyacı olmasın ki, gəlib bankdan kredit götürsün. Ancaq vətəndaşa o qədər az maaş verirlər ki, pulu olmur və gedib bankdan kredit götürür. Adi bankdan gedib 20 faizlə 100 min manat kredit götürürəmsə, 20 min faiz verməliyəm. Ancaq gedib İslam Bankından 100 min manat krediti 50/50-yə götürsə və sabah sahibkarın gəliri 50 min olsa, bank 25 min məfəət götürəcək. Demək ki, faizdən çox alacaq. Ancaq ola bilər ki, sahibkarın gəliri 30 min olsun, o zaman bank 15 min qazanacaq. Yəni faizlə versə, daha çox qazanacaqdı. Yaxud ola bilər ki, mənfəət heç olmasın. İslam bankçılığında bank adi bankdan daha çox qazana da, itirə də bilər”. 

Chosen
8
cebheinfo.az

1Sources