EN

Qrossi BMT nin Baş katibi olmaq üçün ABŞ dan dəstək istəyir

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin Baş katibi seçilməsi üçün Tramp administrasiyasından dəstək istəyir.

525.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

MAQATE-nin 10-dan çox yüksək vəzifəli rəsmisi və Qərb diplomatları bildiriblər ki, Qrossinin strategiyası ABŞ və müttəfiqlərinin dəstəyinə əsaslanır.

Qeyd olunub ki, avqust ayında Qrossi BMT-nin yeni Baş katibi olmaq niyyətini Amerika rəhbərliyinə ifadə etmək üçün Vaşinqtona səfər edib. O, müsahibəsində “ABŞ-ın namizədi” olması fikrini inkar edib, namizədliyini Aİ, Hindistan, Yaponiya, Nigeriya və Pakistan nümayəndələri ilə də müzakirə etdiyini bildirib.

 "Mənə lazım olan hər kəsin dəstəyidir", - Qrossi deyib.

Məlumata görə, o, həm də Rusiya və Çinin dəstəyini qazanmağa çalışır və bununla da BMT Təhlükəsizlik Şurasının iki üzvünün namizədliyinin əleyhinə səs verməsinin qarşısını alır. Bununla belə, adının açıqlanmasını istəməyən braziliyalı məmurun sözlərinə görə, ABŞ açıq şəkildə onu dəstəkləsə, BRIKS ölkələri çətin ki, Qrossini dəstəkləsin. 

Mənbə əlavə edib ki, az tanınan siyasi xadim daha az problemlə üzləşəcək: “Hazırda Qrossidən başqa BMT-nin baş katibi vəzifəsinə ən azı səkkiz potensial namizəd var. Onların arasında Braziliyanın dəstəklədiyi Latın Amerikası ölkələrini təmsil edən qadınlar da var”. 

Sentyabrın 23-də Qrossi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində “Frans Press” agentliyinə müsahibəsində BMT baş katibi postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
95
525.az

1Sources