EN

AP: "İran dirçəlir"

ABŞ-nin "The Associated Press" (AP) xəbər agentliyi peykdən çəkilmiş fotoların təhlilinə əsasən beləqənaətəgəlib. Hərçənd vurğulanıb ki, raket istehsalı üçün lazımi qatı yanacağı hazırlayan böyükqarışdırıcı qurğularfotolarda "gözə dəymir".

Agentliyə danışan mütəxəssislər diqqətə çatdırırlar ki,İsraillə yenidən müharibəyə girə biləcəyindən ehtiyatlanan İranüçün raket proqramının bərpası həyati əhəmiyyətə malikdir. Çünki Tehran müharibədə özünün hava hücumundan müdafiə sistemini itirdiyi üçün əsasənraket gücünə arxalanır.

"Cari ayın sonunda BMT səviyyəsində sanksiyaların qüvvəyə minəcəyi ehtimalı fonunda sözügedən qarışdırıcı qurğuları almaq hazırda İranın prioritetidir. Əlbəttə, mümkün sanksiyalar digər tədbirlərlə yanaşı raket proqramını da hədəfə alacaq",– mütəxəssislər bildirirlər.

(İranın raket istehsalı müəssisəsinin peykdən çəkilmiş fotosu – 1)

Məlumata əsasən,Tehran sözügedən qurğuları Çindən almağı planlaşdırır;bu baş verərsə, infrastruktur fəaliyyətə hazır hala gələcək. Maraqlıdır ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) missiyası ölkənin raket proqramını bərpası ilə əlaqədar AP-nin suallarını cavabsız qoyub.

(İranın raket istehsalı müəssisəsinin peykdən çəkilmiş fotosu – 2)

Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə obyektlərinə aviazərbələr endirmiş, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında 12 günlükmüharibə başlamışdı.ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirmişdi.
Makron iranlı həmkarı ilə görüşəcək

Ötən günlərdə BMT-nin Təhlükəsizlik Şurası Tehrana qarşı sanksiyaları qiymətləndirərək, busanksiyaların qüvvədə qalmasına qərar verib.Eyni zamanda,Avropa İttifaqı (Aİ) da İrana BMT səviyyəsində sanksiyaların bərpası məqsədilə 30 günlük prosesə başlayıb.

Digər tərəfdən, İran ABŞ, (Aİ) və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə problemi üzrə gərginlik fonunda BMT-nin Baş Assambleyasında öz mövqeyini "aydınlaşdırmağa" hazırlaşır. Sentyabrın 17-də İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi diqqətə çatdırıb ki, Tehran Baş Assambleyanın müvafiq sessiyasında Avropa İttifaqı ilə anlaşılmazlıqları aradan qaldırmaq naminə danışıqlar aparacaq.Bu və digər məsələlər üzrə İran Prezidenti Məsud Pezeşkiyanın bu gün BMT-nin Baş Assambleyasında çıxışı gözlənilir.

Firudin Həmidli
AzVision.az
Chosen
44
2
azvision.az

3Sources