EN

“Bizim hesabımıza Əvəz Zeynallı və digərləri həbsdən azad olunublar” – Novella Cəfəroğlu

“Həbsdə olanlara köməklik edirik, deyirlər ki, niyə bu məsələyə qarışırlar? Gənclər irəli gəlsinlər də, onların qarşısını kəsən var? Gənc hüquq müdafiəçiləri aktiv deyillər, mən aktivəm. Olsunlar də hüquq müdafiəçisi. Gedib görüşsünlər, icazə alsınlar. Hanı? Ortalığa çıxsınlar də o hüquq müdafiəçiləri. Kim onlara icazə vermir ki, hüquq müdafiəçisi olsunlar. Onları saymırlar, çünki işi bilmirlər, bacarmırlar, dialoqa girə bilmirlər. Budur onların bəlası. Və savadsızdırlar! 30 ildir, biz bu işdəyik. Keçsinlər də irəli, yol açıqdır. Məsələn, peşəkar gənc jurnalistə bir adam deyə bilər ki, sən cavansan, qarşıma çıxma? Onun yazısı yaxşıdırsa, hörmətlidirsə, ona hamı müsahibə verirsə, deməli, buna layiqdir. Onlar da buna layiq olsunlar də...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

“Bizim hesabımıza Əvəz Zeynallı və digərləri həbsdən azad olunublar. İndi də hamısı bizə zəng edirlər. Çalışırıq, gedib görüşürük, onların haqqında danışırıq. Sadəcə, mətbuata çıxmırıq. Bu gün səhərdən dörd nəfər həbsxanadan mənə zəng edib. Kömək etdiklərimiz mütləq “siyasi məhbus” olmalı deyillər ki. “Siyasi məhbus”lardan başqa adi insanları da müdafiə edirik...” – o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 24 Sentyabr 2025, 15:02   
Chosen
13
pravda.az

1Sources