EN

Ermənistanda yeni AES-in tikintisi planı nəzərdən keçirilir

BAKI, 24 sentyabr. TELEQRAF

Ermənistan Dövlət Xidmətlərini Tənzimləmə Komitəsinin sədri Mesrop Mesropyan Beynəlxalq Valyuta Fondunun (BVF) Ermənistan üzrə missiyasının rəhbəri Aleksandr Timani və BVF-nin rezident nümayəndəsi Umanq Ravatı qəbul edib.

Teleqraf xəbər verir ki, görüş zamanı Ermənistanda yeni atom elektrik stansiyasının (AES) mümkün tikinti proqramı da müzakirə olunub.

Görüşdə bildirilib ki, Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi layihəsi nəzərdən keçirilir.

Xatırladaq ki, Ermənistanda hazır fəaliyyətdə olan Metsamor AES istismara yarasızdır. Bu təhlükəsli durumla bağlı Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq təşkilatlara çağırış edib.

Chosen
41
teleqraf.com

1Sources