ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA İsrailin Avropa futbol yarışlarından uzaqlaşdırılması məsələsini gündəmdən çıxarıb.
İdman.biz xəbər verir ki, bu barədə "Israel Hayom" məlumat yayıb.
Bildirilir ki, ABŞ rəsmiləri UEFA-ya müraciət edərək “status-kvonu pozmamağı” və İsrail klublarını, eləcə də yığmalarını turnirlərdən kənarlaşdırmamağı xahiş edib.
Qeyd edək ki, İsrail hökumətinin Qəzza sektorunda hərbi əməliyyatı artıq 719 gündür davam edir.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.