1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Hollivud ulduzu Kianu Rivz və rəssam Aleksandra Qrantın gizli şəkildə evləndikləri barədə yayılan xəbərlər yalandır.
Oxu.Az-ın "E! News"a istinadən verdiyi məlumata görə, bu barədə aktyorun rəsmi nümayəndəsi bəyan edib.
"Bu məlumat həqiqətə uyğun deyil. Onlar evli deyillər", - deyə o vurğulayıb.
Xatırladaq ki, sentyabrın 18-də "Radar Online" nəşri anonim bir mənbəyə istinad edərək, 61 yaşlı aktyorla 52 yaşlı rəssamın bu yay Avropada baş tutan məhdud dairəli bir mərasimlə evləndiyini iddia etmişdi. Xəbərdə deyilirdi ki, cütlük uzun illər nikah barədə düşünüb və nəhayət, şəxsi həyatlarını ictimaiyyətdən uzaq tutmaq qərarına gələrək, toyu xəlvət keçirməyi üstün tutub.
Qeyd edək ki, Rivz və Qrant 2019-cu ildən birlikdədirlər. Aktyor heç vaxt rəsmi nikahda olmayıb.