EN

Ağstafada qazon futbol oynamaq üçün yetərsizdir Nodar Məmmədov

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

II Liqanın debütantı "Xankəndi" çempionatda növbəti qələbəsini qazanıb. Türkiyəli mütəxəssis İbrahim Uzuncanın baş məşqçisi olduğu komanda 3-cü turda "Ağstafa Gəncləri"ni çətinliklə də olsa (1:0), yenməyi bacarıb. 

Qarabağ təmsilçisinin təcrübəli müdafiəçisi Nordar Məmmədov Fanat.Az-a açıqlamasında səfər oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Oyun çətin alındı. Meydan amili öz sozunu dedi. Bizim oyunçular topla oynamağı sevən komandadır. Ona görə də çətinlik çəkdik. Ağstafada qazon futbol oynamaq üçün yetərsizdir. 

Çətin də olsa, qələbə qazandığımız üçün sevinirik. 3 oyun, 3 qələbə, 9 qol vurub qapımızı toxunulmaz saxlamışıq. Belə start gözləyirdim? Əlbətdə, gözləyirdim. "Xankəndi" keyfiyətli və təcrübəli futbolçulardan qurulub. 

Çempionluq üçün nəsə demək hələ tezdir. Çünki yolumuz uzundur. Bu yolda asta-asta irəliləyirik. Amma çox çətin olacaq. Bizdən başqa, "Quba", "Şəmkir", "Şəki Siti", "Qaradağ Lökbatan" və "Şirvan" "Xankəndi" ilə cempionluq mübarizəsi ilə aparır. İnanıram ki, sonda sevinən "Xankəndi" ailəsi olar".

Qeyd edək ki, 3 turdan sonra vahid liderliyə yiyələnən "Xankəndi" növbəti oyununu "Şəki Siti"yə qarşı keçirəcək. Qarşılaşma 30 sentyabrda baş tutacaq. "Neftçi" Futbol Mərkəzinin 4-cü meudançasında keçiriləcək prinsipial qarşılaşma 14:00-da start götürəcək.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
fanat.az

2Sources