Missiya.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan ilə Dünya Bankı arasında enerji sahəsində əməkdaşlıq çərçivəsində icra olunan layihələrin gedişi və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Missiya.Az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə ənənəvi və bərpa olunan enerji, elektroenergetika infrastrukturu, enerji səmərəliliyi, Azərbaycanın təşəbbüskarı olduğu "yaşıl enerji" dəhlizləri və digər potensial layihələr nəzərdən keçirilib. Layihələrin digər beynəlxalq maliyyə institutları ilə birgə maliyyələşdirilməsinin mövcud təcrübəsi və gələcək potensialı müzakirə edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.