EN

Bakıda növbəti ağacəkmə aksiyası təşkil edilib  

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda, Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib.

BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiyanın keçirildiyi ərazi iştirakçılar tərəfindən yararsız tullantılardan təmizlənərək, burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşdirilməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll olunub, cavabdehlər müəyyənləşdirilib. Paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin mövsüm ərzində davam etdirilməsi nəzərdə tutulub.

Chosen
14
16
azerbaijan-news.az

10Sources