EN

“Vətən torpağını qanları ilə suvaranlar”  layihəsinin icrası başlanıldı

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi Kiçik Qrand müsabiqsində qalib olmuş Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin “Vətən torpağını qanları ilə suvaranlar”  layihəsinin icrası başlandı. Layihənin müqavilələri bağlandı, Banner hazırlandı tədbirin keçiriləcəyi yerlər təyin edildi. Layihənin əlavə hazırlıq işləri də tamamlandı. Mətbuatla əlaqələr yaradıldı.

Layihənin məqsədi Azərbaycanın müstəqilliyinin hər mənada əsgərinə çevrilmiş vətən övladlarının tanıdılması, onların döyüş yolunun, şəhidlik yolunun təbliğ edilməsidir. Vətənin, dövlətin dəyərini bilən Azərbaycanın övladlarının bu yolda şəhidlik zirvəsinə yüksəlməsi Milli varlığımızın dəyərinin  əlamətidir. Azərbaycan ordusunun döyüşçülərinin  vətən yolunda gözünü belə qırpmadan ölümün üzərinə getməsi hər xalqa mənsub olmayan keyfiyyətdir. Bizdə bu nadir xarakterə mənsub xalqımızın varlığını, vətən sevgisini təbliq edəcəyik.  Şəhidlərin tanıdılması, qazilərin problemlərinin həll edilməsi üçün illərdir çalışırıq. Bu layihəmizdə isə daha Azərbaycanın bir neçə rayonunda sislilə tədbirin keçirilməsi yolu Vətən uğrunda şəhid olanlar arasında fərq qoymaq istəyənləri təbliğat yolu ilə maarifləndirib şəhidin ili nədə yaşı olmamasını anladacağıq. Layihənin məqsədi hər bir şəhidin dəyərinin verilməsi, şəhidlərin tanıdılmasıdır. Layihənin qarşıya qoyduğu məsələ vətənpərvərlik ruhunun yüsək səviyyədə saxlanılması məqsədi daşıyır.

Layihənin rəhbəri Firidun Məmmədov, mühasibi isə Quliyeva Jalədir.

Layihənin icra müddəti 3 aydır, layihənin icrası müddətində çoxsaylı tədbirlər və görüşlər keçiriləcək.

Chosen
3
1
veteninfo.az

2Sources