EN

Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək

Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AŞF-nin birgə təşkilatçılığıyla ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədi ilə yarış keçiriləcək.

Gəncədəki Heydər Əliyev parkında təşkil olunacaq yarışda Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcək. "Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış edəcək.

"Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparacaq. Hər komandada iki nəfət təmsil olunacaq. Yoldaşlıq matçında sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirəcək.

Şahmatçılarımız Vyetnam millisinə qalib gəliblər

Azərbaycan şahmatçıları Türkdilli ölkələrin III Universiadasında medal qazanıblar

"Grand Swiss 2025”də ölkəmizi 7 qrossmeyster təmsil edəcək

Məhəmməd Muradlı yeniyetmələrlə görüşüb - FOTO

Manafov 35-ci pillədə

Chosen
21
10
apasport.az

10Sources