Sentyabrın 24-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belarus Respublikasının Minsk şəhərində keçirilən MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib.