EN

Adnan Əhmədzadə ifadəsində onun adını verib ŞOK/FOTO

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Neft satışı ilə məşhurlaşan Adnan Əhmədovun həbsi ətrafında müxtəlif müzakirələr aparılır.

Adnan Əhmədzadənin ittiham olunduğu cinayətlərin xarakteri və əhatə dairəsi bu prosesin çox  ciddi olduğunu və həbslərin çoxsaylı şəxsləri əhatə edəcəyini göstərir.

Globalinfo.az bildirir ki, bu arada isə Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Adnan Əhmədzadə işinə vaxtilə onun əsas kuratoru olmuş Anar Əlizadə də cəlb ediləcək.

Artıq Anar Əlizadənin Azərbaycana çağırıldığı da deyilir.

Məlumata görə, Anar Əlizadənin ölkədən geri dönüşünə məhdudiyyət qoyulub.

Məlumata görə, Adnan Əhmədzadə bəzi məsələlərə görə məsuliyyətin Anar Əlizadənin daşıdığını deyib.

Hazırda aparılan cinayət işinin istintaqı çərçivəsində Anar Əlizadənin də dindiriləcəyi deyilir.

Mənbəmiz bu prosesin SOCAR-ın sabiq rəhbəri Rövnəq Abdullayev üçün də ciddi başağrısı yaradacağını əlavə edib.

Araşdırmamız zamanı onu da öyrəndik ki, hələ bir neçə ay əvvəl Anar Əlizadə ilə Adnan Əhmədzadə arasında konfilikt yaranıb.

Gununsesi.info-nun əməkdaşı məsələ ilə bağlı Anar Əlizadənin özü ilə əlaqə saxlasa da ondan şərh almaq mümkün olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
3
globalinfo.az

10Sources