EN

Aeroportda taksilərlə bağlı yeni qaydanın qanuna uyğun gəlməməsi barədə monitorinqə AYNA-dan CAVAB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirdiyi monitorinqə münasibət bildirib.

AYNA-dan sözügedən monitorinqlə bağlı oxu.az-a bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur:
"Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır".

Chosen
14
8
avtosfer.az

9Sources