İraqda qadın hərbçilərin məzuniyyət mərasimi gözlənilməz mənzərələrlə yadda qalıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ordu sıralarına qatılan kursantlar dözümlülüklərini nümayiş etdirmək üçün qeyri-adi addım atıblar. Onlar mərasim zamanı canlı ilan və göyərçin yeyiblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə qadın hərbçilərin əlləri ilə tutduqları quşları parçalayıb sürətlə yeməsi əks olunub. Bu anlar izləyicilərin böyük hissəsi tərəfindən tənqid edilsə də, mərasimə qatılan ailələr bunu fəxrlə izləyiblər.
Hadisə İraq cəmiyyətində geniş müzakirələrə səbəb olub. Bir çoxları bu davranışı "qəddarlıq" kimi qiymətləndirib, digərləri isə hərbi xidmətin çətinliklərini vurğulamaq üçün atılan addım olduğunu bildirib.