EN

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib

2026-cı ilin 1 yanvar tarixindən etibarən Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin gəlir vergisi üzrə tətbiq edilən güzəştlərin müddəti başa çatır. Bu, 2019-cu ildən qüvvədə olan yeddi illik güzəşt dövrünün sonu deməkdir.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən (DVX) bildirilib ki, Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı layihə Milli Məclis tərəfindən qəbul olunduqdan sonra ətraflı məlumat və izahat xarakterli açıqlama veriləcək.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 8000 manatadək olduqda 0 faiz, vergi tutulan aylıq gəlirinin məbləği 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində gəlir vergisi tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatadək olduqda 14 faiz (əsas iş yerində 2500 manatadək olan aylıq əmək haqqının 200 manat olan hissəsi gəlir vergisindən azaddır), vergi tutulan aylıq gəlirinin məbləği 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur.

İş elanları AzVak.az-da

© APA

Azərbaycan gəlir vergisi vergi güzəşti 2026 özəl sektor muzdlu işçi Dövlət Vergi Xidməti DVX Vergi Məcəlləsi Milli Məclis qeyri-neft sektoru qeyri-dövlət sektoru neft-qaz sektoru dövlət sektoru fiziki şəxslər aylıq gəlir vergi dərəcəsi 0 faiz 14 faiz 25 faiz əmək haqqı vergi ödəyicisi vergi tutulan gəlir güzəşt müddəti 2019 yeddi illik dövr
Chosen
3
10
marja.az

10Sources