EN

Rusiyada benzin qıtlığı yarandı

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Federasiyasının bir sıra bölgələrində yanacaqdoldurma məntəqələri müştərilərə verilən yanacaq üçün limitlər tətbiq edib — bir adama 10–20 litrdən artıq benzin və ya yalnız dizel yanacağı satılmır.

Bakuposrt.az xəbər verir ki, “Lukoil” yanacaqdoldurma məntəqələrində isə benzinin kanistrlə satışı qadağan olunub və yanacaq kartlarının fəaliyyəti dayandırılıb.

Yanacaq qıtlığı 10-dan çox bölgədə müşahidə olunur. Onların arasında Moskva, Leninqrad, Ryazan və Nijni Novqorod vilayətləri də var. Ən çox çatışmazlıq Mərkəzi Rusiyada, ölkənin cənubunda, Volqaboyu bölgəsində və Uzaq Şərqdə hiss edilir.

Ayxan,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
www.bakupost.az

7Sources