EN

Türkiyədə məşhur Kleopatra çimərliyini kanalizasiya suları basdı

Türkiyənin Alaniya bölgəsində yerləşən məşhur Kleopatra çimərliyi çirkab suları ilə çirklənib.

Far.Az xəbər verir ki, məlumatı "Mash" Teleqram kanalı yayıb.

Bildirilir ki, çimərlikdə gizli kanalizasiya axıdılması qeydə alınıb. Çirklənmə normanı min dəfə ötüb.

"Çirkab borusu Kleopatra çimərliyindən Damlataşa qədər uzanır. Borunun yeddi-səkkiz yerindən çirkli su axır", – məlumatda deyilir.

Mənbəyə görə, çimərlikdə dənizə girən uşaqlarda səpki yaranıb.

Yerli su təsərrüfatı idarəsi isə çimərliyin çirkabla çirklənməsi barədə məlumatı təsdiqləməyib.

Chosen
5
far.az

1Sources