EN

Rusiya şəhərinə dəhşətli hücum - Fövqəladə vəziyyət elan olundu

Ukrayna pilotsuz təyyarələrlə Rusiyanın Novorossiysk şəhərinim mərkəzinə hücum edib.

 

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, "Novorossiysk" oteli yaxınlığına endirilən zərbə nəticəsində artıq 3 nəfərin öldüyü bildirilir. Daha 6 nəfər, o cümlədən bir azyaşlı şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan 3-nün vəziyyəti orta ağır, 3-nün vəziyyəti isə ağırdır.

 

Xəzər Boru Kəməri Konsorsiumunun ofisi zədələnib, iki işçi xəsarət alıb.

 

Qeyd edək ki, Xəzər Magistral Neft Kəməri Rusiya və Qazaxıstan neftini Yujnaya Ozereyevkadakı (Novorossiyskin qərbinə) dəniz terminalına nəql edir və burada dünya bazarlarına göndərilmək üçün tankerlərə yüklənir.

 

Pilotsuz təyyarənin hücumundan sonra Novorossiyskdə fövqəladə vəziyyət elan edilib.

Chosen
1
1
sitat.info

2Sources