EN

Əfsanə özünə yeni sevgili tapdı: Aralarında 38 yaş fərq var

Almaniyalı futbol əfsanəsi Lotar Matteus Parisdə keçirilən "Qızıl top" mərasimində yeni sevgilisi, özündən 38 yaş kiçik, 26 yaşlı Tereza Zommerlə iştirak edərək böyük marağa səbəb olub.

Publika.az xəbər verir ki, beş evliliyi olan 63 yaşlı veteran futbolçunu Tereza ilə ilk dəfə ilin əvvəlində, Anastasiya Klimko ilə münasibətlərinə nöqtə qoyduqdan sonra görüblər. Parisdə cütlük məmnuniyyətlə fotokameraların qarşısına çıxıb, baxmayaraq ki, Matteus bundan əvvəl münasibətləri barədə şərhlərdən yayınırdı.

Qeyd edək ki, Zommer London Kral Kollecində iqtisadiyyat və menecment, daha sonra Durham Universitetində psixologiya təhsili alıb. Onları tez-tez istirahətdə və futbol oyunlarında birgə görürlər.

Matteus daha əvvəl Silvia, model Morena, Marjana Çoliç, ukraynalı Liliana Çudinova və Anastasiya Klimko ilə evli olub.

Publika.az

Chosen
2
publika.az

1Sources