EN

“Qarabağ” – “Kopenhagen” oyununun biletləri ya bu gün, ya da... – “qara bazar” olacaqmı?

Belə görünür ki, ayın əvvəlində qədim Azərbaycan şəhəri İrəvanda yaşanan ajiotaj ayın sonunda artıq paytaxtda təkrarlanacaq.

Xatırladaq ki, sentyabrın 6-da keçirilən Ermənistan – Portuqaliya oyunu ətrafında inanılmaz ajiotaj var idi. Ermənistanın futbol qurumu 14 min yerlik stadionda keçirilən oyun üçün 470 min (!) bilet sifarişi almışdı. Nəticədə 2,5-7,5 dollara satışa çıxarılan biletlər dəyərindən qat-qat baha satıldı, “qara bazar” çiçəkləndi.

Lissabondan qələbə ilə dönən “Qarabağ”ın “Kopenhagen”lə oyunu ətrafında da eyni ajiotaj hökm sürür. Ağdam klubunun mətbuat xidmətindən aldığımız bilgiyə görə, biletlər ya bu gün, ya da sabah satışa çıxarılacaq.

Bu arada “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov sosial şəbəkə hesabında xəbər verib ki, komandanın bütün oyunlarına giriş yalnız QR-kod ilə mümkün olacaq. Bu isə o deməkdi ki, kağız biletlər olmayacaq, möhtəkirlər əldən-ələ bilet sata bilməyəcək, bir sözlə, “qara bazar”a son!

MÜZƏFFƏR QULUZADƏ

Chosen
1
2
football-plus.az

3Sources