EN

“Əgər Ağdama köç başladısa, bu o deməkdir ki...”

Xəbər verdiyimiz kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlaması zamanı noyabr ayında Ağdama ilk köçün olacağını deyib. O, bildirib ki, bunun üçün 210 ailənin siyahısı dəqiqləşdirilib və ilk mərhələdə Ağdama 1268 ailənin köçürülməsi nəzərdə tutulur. 

Adalet.az-a danışan Əməkdar artist Azad Şükürov doğulub boya-başa çatdığı Ağdam şəhərinə insanların qayıtmasına sevindiyini bildirdi:

“Bu xəbəri eşidəndə mən də çox sevindim. Düzdü, o torpaqlara köç çoxdan başlayıb. Amma mənim fikrimcə, əslində Qarabağa köç Ağdama olan köçdən başlayır. Əgər Ağdama köç başladısa, bu o deməkdir ki, sözün əsl mənasında biz Qarabağa qayıdırıq. Çünki nə qədər ki, Ağdam bizdə idi, o vaxt Qarabağ erməniləri fikirləşirdi ki, biz Qrabağı almamışıq. Onlar Qarabağı almaqlarına onda inandılar ki, Ağdamı aldılar. Biz də Qarabağı onda azad etdik ki, Ağdamı aldıq. Bu mənada Ağdamla bağlı olan hadisələr bütün Qarabağ üçün simvolik olmalıdır. Ağdama köçü çox böyük həsrətlə gözləyirəm. Doğulub boya-başa çatdığım Ağdamın Muğanlı kəndində eşitdiyimə görə yanvar ayından bərpa-quruculuq işləri aparılacaq. Amma bir qarabağlı kimi mənim üçün əhəmiyyətli odur ki, Ağdama köç başlayır”.

Vasif ƏLİHÜSEYN

Chosen
17
1
adalet.az

2Sources