EN

Şok qərar: Yeni avtobus xətti açıldı, amma aeroporta getmir AÇIQLAMA

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sentyabrın 24-də istifadəyə verilən 340 nömrəli yeni avtobus marşrutu Binə ilə Mərdəkanı birləşdirəcək. Lakin diqqətçəkən məqam odur ki, hava limanında çalışan işçilərin əksəriyyəti məhz bu qəsəbələrdə yaşasa da, marşrut birbaşa Hava limanı–Binə–Mərdəkan istiqamətində nəzərdə tutulmayıb.

Maraqlıdır, niyə marşrut birbaşa Hava limanı–Binə–Mərdəkan istiqamətində təşkil olunmayıb?

Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev News24.az-a açıqlamasında bildirib ki, aeroportun əlçatanlığı baxımından bu cür xətlərin yaradılması vacibdir:

“Hazırda yalnız H1 marşrutu var və o, hava limanını ancaq "Koroğlu" və "28 May" stansiyaları ilə əlaqələndirir. Bu isə çox qısa istiqamətdir. Halbuki hava limanı işçilərinin böyük hissəsi Binə və Mərdəkan ərazilərində yaşayır. Belə olan halda onlar ictimai nəqliyyatdan istifadə edə bilmir, taksilərə üz tutmalı olurlar. İctimai nəqliyyatla əlçatanlıq təmin edilməlidir. Həm aviasiya işçiləri, həm də bu istiqamətdə yaşayan sərnişinlər nəzərə alınaraq yeni xətt hava limanına inteqrasiya olunmalıdır”.

Ekspertin sözlərinə görə, yeni marşrutun aeroporta birləşdirilməsi yalnız işçilərin deyil, həm də həmin istiqamətdə yaşayan əhalinin gündəlik rahatlığını təmin edə bilər:

“Binə və Mərdəkan kimi sıx məskunlaşmış qəsəbələrin sakinləri üçün də hava limanına birbaşa ictimai nəqliyyatın olması zəruridir. Bu, həm iş yerlərinə, həm də şəhərin digər mərkəzi istiqamətlərinə çıxışı asanlaşdırar. Belə marşrutun təşkili nəqliyyat infrastrukturunun optimallaşdırılmasına, eyni zamanda şəxsi avtomobillərdən asılılığın azalmasına töhfə verə bilər”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə sorğumuza cavab olaraq bildirib ki, vətəndaşların rahat gediş-gəlişini və ictimai nəqliyyata əlçatanlığını təmin etmək məqsədilə 24 sentyabr tarixindən 340 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilib.

“Yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək. Xətt üzrə ‘ÇinarTrans’ MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqəlik intervalla hərəkət edəcək. Marşrutda gedişhaqqı 0,50 AZN təşkil edir və ödəniş yalnız nağdsız qaydadadır”, – deyə qurumdan bildirilib.

Aqil Qarayev 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
news24.az

2Sources