EN

Ağız qoxusunun əsas səbəbləri açıqlandı

Stomatoloq Georgie: Ağız qoxusunun əsas səbəbi zəif dil gigiyenasıdır.

E-saglam.az xəbər verir ki, Stomatoloq Mario Georgie bəzi xəstəliklərin ağız qoxusu ilə müşayiət oluna biləcəyini də bildirib. O, bu barədə "Tera" telekanalına müsahibəsində danışıb.

“Ağız qoxusunun tibbi termini olan halitozun təxminən 60 səbəbi var. Ən əsas səbəb dilin kifayət qədər təmizlənməməsidir. Bununla yanaşı, diş əti xəstəlikləri, periodontit və ya ağız quruluğu (kserostomiya) kimi daimi dəyişikliklər də ağız qoxusuna gətirib çıxara bilər”, - deyə Georgie açıqlayıb.

Georgie həmçinin onu da qeyd edib ki, halitozun digər səbəbləri arasında sinüzit, tonsillit və mədə-bağırsaq xəstəlikləri, o cümlədən qastroezofageal reflü xəstəliyi yer alır. Bundan əlavə, metabolik pozğunluqlar, məsələn, şəkərli diabet də ağız qoxusuna səbəb ola bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
14
e-saglam.az

1Sources