EN

Taksilərlə bağlı qərar ləğv olunacaq? 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb. 

Ombudsman Aparatının yaydığı məlumata görə, yeni tətbiq edilən tarif siyasəti qanunvericiliyin bir sıra müddəalarına ziddir. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 10 sentyabr 2025-ci ildən taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinqi aparılıb. 

Monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.  Dördpendirli pizza

Bəs bu vəziyyətin aradan qaldırılması üçün Ombudsman tərəfindən hansı işlər görüləcək? Qərar ləğv olunacaqmı?

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Araz Əsgərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, yayılan press-relizdə yalnız monitorinqin ümumi məzmunu öz əksini tapıb: 

“Əvvəla onu qeyd edim ki, bizim açıqlamamızda təqdim edilən hüquqi baxımdan verilmiş rəy aparılmış təhlilin nəticəsidir. Monitorinq nəticəsi ilə bağlı yayılan press-relizdə yalnız qısa məlumat göstərilib. Amma təhlil kifayət qədər genişdir və hər bir məsələ bənd-bənd göstərilib. Bu, bir əhatəli araşdırma və təhlildir. Mətbuata isə sadəcə ümumi məzmunu çatdırmaq məqsədilə xülasə təqdim olunub”. 

Araz Əsgərli vurğulayıb ki, taksi xidməti ilə bağlı aparılmış monitorinqin nəticələri aidiyyəti dövlət qurumlarına göndərilib: 

“Təbii ki, bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumları hamıya bəllidir və həmin qurumlara da xüsusi vurğulanacaq. Bu məsələ ilə bağlı yaranmış uyğunsuzluğun aradan qaldırılması səlahiyyətində olan qurumlar həmin hesabatla tanış olacaqlar və artıq sənəd onlara da göndərilib”. 


Telegram kanalımız
Chosen
5
1
yenisabah.az

2Sources