EN

UEFA “Netflix”ə göz qoyub

Avropa futbolunun idarəetmə orqanı UEFA Çempionlar Liqası üçün yayım hüquqları tender hərracı prosesini yeniləməyi planlayır. Məqsəd, “Amazon” və “Netflix” kimi rəqəmsal platformaların turnirə marağını artırmaqdır.

Yeni prosesdə yayımçılar və rəqəmsal platformalar keçirlən oyunların yayımını eyni anda bir neçə “bazarda” təklif verə biləcəklər. Əvvəllər böyük bazalar mövcud müqavilələrə görə fərqli vaxtlarda hərraca çıxarıldığından, toplu təklif vermək çətin idi.

Çempionlar Liqası UEFA-nın ən dəyərli illik turniridir və hər mövsüm milyardlarla dollar gəlir təmin edir. Lakin media hüquqları ayrı-ayrı paketlərə bölünüb və təxminən 100 müxtəlif yayımçı bu paketlərə sahibdir.

Mənbəyə görə, UEFA uzunmüddətli müqavilələrin imkanlarını da qiymətləndirir. Avropa Komissiyasının təzyiqi ilə təşkilat, rəqabəti təşviq etmək məqsədilə 20 ildən artıq bir müddət əvvəl müqavilələri üç ilə endirmişdi.

Yenilənən proses, ilk dəfə olaraq bir yayımçıya müəyyən qarşılaşmaları qlobal səviyyədə yayımlamaq imkanı verəcək təklifləri də əhatə edə bilər. UEFA-nın 2027 və sonrası üçün nəzərdə tutulmuş hərracı önümüzdəki həftələrdə elan etməsi gözlənilir. Təkliflərdə yalnız maliyyə həcmi deyil, eyni zamanda yayım imkanları və tanıtım dəstəyi də nəzərə alınacaq.

***

UEFA-nın ABŞ ilə əldə etdiyi razılaşmanın uğurlu nəticələri uzunmüddətli müqavilələri daha cəlbedici edib. Məsələn, 2022-ci ildə Paramount 2030-a qədər ABŞ yayım hüquqları üçün 1,5 milyard dollarlıq müqavilə imzalamışdı.

Hazırda UEFA-nın ən böyük beş Avropa bazarında həm ənənəvi yayımçılar, həm də rəqəmsal platformalar fəaliyyət göstərir. Fransa və İspaniyada yayımçılar yoxdur, qarşılaşmalar müvafiq olaraq “Canal+” və “Telefonica SA” vasitəsilə yayımlanır.

2022-ci ildə Amazon İngiltərədə bəzi Çempionlar Liqası oyunlarının yayımı üçün UEFA ilə üç illik razılaşma imzalamışdı. Bu müqavilə 2027-ci ildə başa çatacaq. ABŞ texnologiya nəhəngi həmçinin Almaniya və İtaliyadakı oyunların yayımı üçün ayrı hüquqlar əldə edib.

UEFA-nın kişilər klubları turnirləri – Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və Super Kuboku – 2027-ci ilə qədər hər mövsüm ən az 4,4 milyard avro gəlir gətirəcəyi proqnozlaşdırılır.

Chosen
13
vaxt.az

1Sources