EN

Tramp koordinat verdi, dünyanı silkələyən qərar pozuldu Yeni qarşıdurma

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əfqanıstan hökuməti ABŞ Prezidenti Donald Trampın Baqram aviabazasının Vaşinqtona verilməsi ilə bağlı çağırışını rədd edib. Rəsmi Kabil bazanı ölkənin ayrılmaz hissəsi adlandırıb və onun müzakirə mövzusu olmadığını açıqlayıb.

Sözügedən məsələ ABŞ-la Əfqanıstan arasında müəyyən hərbi qarşıdurmanın yaşana biləcəyinə dair iddiaları gücləndirib.

Tramp administrasiyası Talibana qarşı yeni mübarizəyə başlayır? Ağ Ev niyə Baqram aviabazasını tələb etdi?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra bəzi ölkələrə qarşı ərazi iddiası irəli sürdü və nüfuzunu göstərmək üçün müəyyən təşəbbüslərlə çıxış etdi:

“Bunu Qrenlandiya və Kanada nümunəsində gördük. Tramp Kanadanı 52-ci ştat kimi qəbul edir. Rusiya ilə Alyaska məsələsi də bu qəbildəndir. Hazıra isə Əfqanıstanın ən böyük aviabazalarından biri olan Baqram aviabazası ilə bağlı narahatlıqlar var. ABŞ bu bazaya nəzarəti bərpa etmək istəyir.

Ağ Evin tələbinin əsas səbəbi bazanın həm paytaxt Kabilə, həm də Çin və İrana coğrafi yaxınlığı baxımından strateji əhəmiyyət daşımasıdır. ABŞ həmin bazadan istifadə etməklə regionda öz hərbi mövqeyini gücləndirmək və adı çəkilən mərkəzlərə yaxınlaşmaq niyyətində ola bilər. Eyni zamanda, Vaşinqton Talibanı və müəyyən qrupları terror təşkilatı kimi qiymətləndirir və onlarla uzlaşmır, bu da münasibətlərin gərgin qalmasına səbəb olur”.

Ramiyə Məmmədova

Politoloq əlavə edib ki, keçmiş prezident Co Baydenin dövründə ABŞ-ın Əfqanıstandan çıxması bir sıra dairələrdə məğlubiyyət kimi qiymətləndirildi:

“Buna görə də Vaşinqtondakı bəzi qüvvələr həmin bazanı yenidən ələ keçirmək, orada öz hərbi imkanlarını bərpa etmək və Əfqanıstan üzərindən regiona təsir rıçaqlarını geri qazanmaq niyyətindədirlər. Bu addımlar geostrateji maraqlardan, İran, Çin, Rusiya və regional aktorlarla bağlı mövqeləri gücləndirmək istəyindən qaynaqlanır.

Düşünürəm ki, ABŞ və Əfqanıstanın böyük miqyasda müharibə aparması, qarşı-qarşıya gəlməsi reallığa uyğun deyil. Lakin lokal toqquşmaların və kiçik əməliyyatların baş verməsi ehtimalı var. Hərbi yolla bazanın ələ keçirilməsinə cəhd göstərilə bilər. O baxımdan, əsas məsələ regionda geostrateji üstünlüyün bərpasıdır”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
globalinfo.az

1Sources