EN

Burak Özçivit və Fahriye Evcen boşanma şayiələrinə belə son qoydular - FOTO

Boşanacaqları və bütün var-dövlətlərini satacaqları ilə bağlı yayılan xəbərlərdən sonra gündəmdə olan Burak Özçivit və Fahriye Evcen sosial media paylaşımı ilə susqunluqlarını pozublar.

Bizim.Media xəbər verir ki, məşhur cütlüyün Contemporary İstanbul incəsənət sərgisi zamanı dostlarının stendini ziyarət edərkən çəkilən səmimi fotoları, boşanma şayiələrinə qəti cavab olub.

Son zamanlar tez-tez gündəmdə yer alan məşhur cütlük boşanma dedi-qodularına sosial mediada verdikləri reaksiya ilə diqqət çəkib.
 

Son həftələrdə cütlüyün bütün var-dövlətlərini satacağı və boşanma ərəfəsində olduğu iddia edildi ki, bu da pərəstişkarları arasında böyük maraq doğurdu. İddialardan sonra qısamüddətli London tətilinə gedən Özçivit ve Evcen geri qayıdandan söz-söhbətlərə son qoydular.


Birlikdə verdikləri pozalarda şən və hüzurlu davranışları ilə diqqət çəkən Özçivit və Evcen "ayrılıq" dedi-qodularını yalanlayan bir şəkil çəkdiriblər. Cütlüyün sənətə olan həvəslərini də nümayiş etdirən paylaşımı qısa zamanda pərəstişkarlarından minlərlə bəyənmə və şərh toplayıb.



Elcan Bəşirli, Bizim.Media

Chosen
26
1
bizim.media

2Sources