EN

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Nyu-York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Çoxtərəflilik yol ayrıcında: Çağırışlar və sülhə gedən yol" adlı yan tədbir keçirilir.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, açılış öncəsi tədbir iştirakçılarının qrup fotosu çəkilib. Daha sonra açılış nitqi ilə mərkəzin həmsədri Vayra Vike-Frayberqa çıxış edib. Dünyanın bir çox ölkələrindən indiki və keçmiş dövlət başçıları, siyasət adamları konfransda çıxış edəcəklər.
Tədbir çərçivəsində "Çoxtərəfliliyin bu günü: çağırışlar və imkanlar", "Fərqin aradan qaldırılması: Çoxtərəfli səylərdə qlobal bərabərsizliklə mübarizə", "İqlim dəyişiklikləri və qlobal mübarizə", "Geosiyasi gərginliklər və onların çoxtərəfliliyə təsirləri" mövzusunda panel müzakirələri baş tutacaq.
Chosen
4
48
oxu.az

10Sources