EN

İspaniya müdafiə nazirinin təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında problemlə üzləşib

Müdafiə naziri Marqarita Roblesin olduğu İspaniya hərbi təyyarəsi çərşənbə günü səhər Litvaya uçarkən Rusiyanın Kalininqrad vilayəti yaxınlığında GPS problemi yaşayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirlik əlavə təfərrüat vermədən bildirib.

Təyyarədə Robleslə yanaşı, şərq cinahda NATO-nun hava hücumundan müdafiə missiyasında iştirak edən ispan pilotların qohumları da olub. Missiya bu ayın əvvəlində Polşa onun hava məkanını pozan pilotsuz təyyarələri vurduqdan sonra işə başlayıb.

“Vilkas” missiyası (Litva dilində “canavar” mənasındadır) kimi tanınan İspaniya kontingenti keçən həftə Baltik dənizi üzərində uçan səkkiz Rusiya təyyarəsini yaxalayıb”, - deyə İspaniyanın Müdafiə Nazirliyi çərşənbə günü bildirib.

“GPS siqnalını pozmaq üçün cəhd edilib, lakin təyyarəmizdə şifrəli sistem quraşdırıldığına görə heç bir problem yaranmayıb”, - deyə Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.

Aİ rəsmisi bildirib ki, Bolqarıstan rəsmiləri hadisənin Rusiyanın müdaxiləsi nəticəsində baş verdiyindən şübhələnirlər.

Estoniya və qonşu Finlandiya da Rusiyanı bölgənin hava məkanında GPS siqnallarını pozmaqda ittiham edib. Rusiya rabitə şəbəkələri və peyk rabitəsinin işinə müdaxiləni inkar edir.

İspan təyyarəsinin komandiri Robleslə səyahət edən jurnalistlərə deyib ki, bu cür hadisələr Kalininqrad yaxınlığında uçan mülki və hərbi təyyarələrin uçuşu zamanı tez-tez baş verir və İspaniya təyyarəsi də hərbi peyklərdən istifadə edərək naviqasiyanı həyata keçirə bilir.

Chosen
15
5
xezerxeber.az

6Sources