EN

Müəllimlərin sertifikasiyasının müsahibə nəticələri AÇIQLANDI

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Bizim.Media

Chosen
38
40
bizim.media

10Sources