Rusiyanın Xarkov vilayətində hücuma başlamaq niyyəti ilə bağlı açıq bəyanatı ölkənin Ukrayna torpaqlarına dair iddialardan imtina etmədiyini göstərir.
Editor.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) sentyabrın 23-də yayımladığı hesabatda bildirib.
ISW-nin məlumatına görə, Moskvanın bu mövqeyi, Rusiya rəhbərliyinin dəfələrlə əsas məqsədlərin yalnız Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri ilə məhdudlaşdığı barədə açıqlamalarına ziddir.
//Samir Qurbanov, Editor.az