EN

Mövsümün ilk "El Klasiko"sunun vaxtı açıqlandı

İspaniya La Liqasında "Real" və "Barselona" arasında keçiriləcək ilk matçın vaxtı məlum olub.

Sportal.az xəbər verir ki, mövsümün ilk "El Klasiko"su 26 oktyabr tarixində baş tutacaq. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

"Santyaqo Bernabeu" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Qeyd edək ki, hazırda La Liqada 6 tur geridə qalıb. "Real" 18 xalla çempionatın lideridir. "Barselona" isə 5 oyun keçirib və 13 xalı var.

saytlarin hazirlanmasi

Chosen
27
sportal.az

1Sources