Sumqayıtda 51 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Sumqayıt şəhərində münaqişə zəminində bıçaqlanma hadisəsi qeydə alınıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhər sakini, 2010-cu il təvəllüdlü Atakişiyev Rafət İlqar oğlu 1974-cü il təvəllüdlü Yunusov Vüqar Şövkət oğluna bıçaqla xəsarət yetirib. Hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Bud-çanaq oynağının açıq yarası diaqnozu təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Araşdırmalar davam etdirilir.