EN

İranın cənubunda gəmi batıb

İranın cənub sularında Tanzaniya bayrağı altında üzən gəmi batıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, BƏƏ-nin Ras əl-Xeymə limanından Tanzaniya bayrağı altında Küveytin Şuaiba limanına hərəkət edən "Duba Sana" gəmisi dənizdə yarıya qədər batıb.

Gəmidə olan 9 nəfər xilas edilib.

Qəzanın hansı səbəbdən baş verdiyi məlumat verilməyib.

Nuray

Xəbər 1 dəfə oxunub.
Chosen
38
4
xezernews.az

7Sources