Dallasda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi xidmətinin ofisində silahlı hücum zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
APA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem bildirib.
O qeyd edib ki, atışma törədən şəxs hadisədən sonra özünü güllələyərək öldürüb.
***
16:57
Dallasda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi xidmətinin ofisində silahlı hücum baş verib.
APA “CNN” ə istinadən xəbər verir ki, xidmətin həbs etdiyi 3 nəfər hadisə nəticəsində xəsarət alıb.
ABŞ-ın bəzi mətbuat orqanlarında artıq onlardan birinin öldüyü ilə bağlı məlumatlar yayılıb.
Silahlı hücum ətrafdakı binaların birindən snayperlə törədilib.
Hadisəni törədən şəxs intihar edib və onun salxanılması mümkün olmayıb.