EN

İki il əvvəl tikintisinə başlanan Pirşağı Novxanı Xırdalan yolu niyə yenidən dövlət proqramına salınıb? RƏSMİ AÇIQLAMA FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun müddətdir ki, Bakı dairəvi avtomobil yolunun tamamlanması istiqamətində müəyyən işlər görülür. Lakin Bakı və Abşeron istiqamətində nəqliyyatın əsas arteriyalarından biri hesab olunan Pirşağı-Novxanı-Xırdalan-M4 yolu hələ də istifadəyə verilməyib. Bu ilin sentyabr ayının əvvəlində yayılan məlumatlara görə, yolun böyük hissəsi tamamlanıb, keçidlərdə, körpülərdə və digər hissələrdə işlərin böyük həcmi yekunlaşıb.

Avtosfer.az-ın araşdırmalarından sonra müəyyən olunub ki, qeyd olunan yolun tikintisinə 2023-cü ildə başlanılıb, lakin qeyri-müəyyən səbəblərdən işlər tamamlanmayıb və 2 il ərzində tikinti işlərinin yekunlaşmaması sonda onun 2025-2030-cu illəri əhatə edəcək dövlət proqramına salınmasına gətirib çıxardı. Bu gecikmə isə ictimaiyyət arasında suallar doğurub. Bəs görəsən, iki il ərzində Pirşağı-Novxanı-Xırdalan-M4 yolu niyə tamamlanmadı və layihə dövlət proqramına niyə salındı?

Məsələ ilə bağlı AYDA-nın mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a açıqlamasınsa bildirib ki, sözügedən avtomobil yolu daxili investisiya hesabına mərhələli şəkildə inşa olunan layihədir:

“Müxtəlif illərdə yolun ayrı-ayrı hissələri üzrə tikinti işləri yerinə yetirilmişdir. Layihə Bakı şəhərinin şimal hissəsindən – Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayı, Mehdiabad, Novxanı, Saray, Masazır, Xırdalan və Hökməli istiqamətində davam etməklə, Bakı–Şamaxı–Yevlax avtomobil yoluna birləşdiriləcək”. 

Anar Nəcəfli həmçinin qeyd edib ki, tikinti işləri davam etdirilir: 

“Yolun strateji əhəmiyyəti və Bakı şəhəri, həmçinin bütövlükdə Abşeron yarımadası üçün xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, layihənin tam həcmdə icrasının təmin olunması məqsədilə 2025-ci ilin dövlət proqramına daxil edilməsi zəruri hesab edilmişdir. Hazırda dövlət proqramına uyğun olaraq sözügedən layihə üzrə tikinti işləri davam etdirilir”.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
avtosfer.az

1Sources