Uzun illər tullantı hesab etdiyimiz qarğıdalı saçağı son dövrlərdə sağlamlığa faydaları ilə önə çıxır. Antioksidantlar, lif, vitamin və minerallarla zəngin olan qarğıdalı saçağı xüsusilə böyrək sağlamlığını dəstəkləyir və sidikqovucu təsiri ilə tanınır.
E-saglam.az xəbər verir ki, həkimlər bildirir ki, daimi istifadə olunduqda qarğıdalı saçağı diabet, yüksək qan təzyiqi və böyrək xəstəlikləri kimi xroniki problemlərə qarşı dəstək ola bilər. Bu bitki bədəndə maye balansını tənzimləyir və immuniteti gücləndirən təbii maddələr ehtiva edir. Lakin istifadədə həddindən artıq dozaya qaçmamaq və xroniki xəstəliyi olan şəxslərin həkim məsləhəti ilə istifadə etməsi tövsiyə olunur.
Qarğıdalı saçağının maksimum faydasını əldə etmək üçün təbii və qatqısız məhsullar seçilməlidir. Orqanik mənbələrdən əldə olunan saçaqlarnı qaynadılıb içilməsi daha effektiv nəticə verir.
Hazırlanma qaydasını sizə təqdim edirik:
Bir stəkan qaynar suya bir yemək qaşığı qarğıdalı saçağı əlavə edin.
10–15 dəqiqə dəmləyin.
Süzərək için. İstəyə görə çubuq darçın və ya limon dilimi əlavə etmək olar.
Gündə bir stəkan qarğıdalı saçağı çayı həm dadlı, həm də sağlamlıq üçün faydalı bir içki olaraq tövsiyə edilir.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az