EN

Sumqayıtda 51 yaşlı kişi BIÇAQLANDI —15 yaşlı yeniyetmə şübhəli bilinir

Sumqayıt şəhərində münaqişə zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.

Demokrat.az report-a istinadən xəbər verir ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Atakişiyev Rafət İlqar oğlu 1974-cü il təvəllüdlü Yunusov Vüqar Şövkət oğluna bıçaqla xəsarət yetirib.

Hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.
 
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Bud-çanaq oynağının açıq yarası diaqnozu təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Araşdırmalar davam etdirilir.
Chosen
14
9
demokrat.az

10Sources