EN

Tərkində sərnişin olan motosikletçi şou göstərərkən qəzaya düşdü VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şou göstərən motosikletçi qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, Braziliyada baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Belə ki, o, tərkində sərnişini olduğu halda motosikletin ön hissəsini qaldıraraq tək təkər üstündə hərəkət edib və əks istiqamətə keçərək qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Zərbənin təsirindən sürücü və sərnişini əvvəlcə avtomobilin kapotunun üzərinə, daha sonra isə asfalta düşüblər.

Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobilin ön hissəsinə ciddi ziyan dəyib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
avtosfer.az

1Sources