EN

19 ölkə ŞƏT-ə üzv olmaq üçün müraciət etdi


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 19 ölkədən üzvlük və ya statusun dəyişdirilməsi ilə bağlı müraciətlərə baxır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Nurlan Yermekbayev “İzvestiya”ya müsahibəsində bildirib.
“Hazırda 19 ölkədən statusun dəyişdirilməsi və ya təşkilata üzv dövlət, tərəfdaş və ya müşahidəçi qismində bu və ya digər şəkildə qoşulmaq üçün müraciətlər səbətdədir. Nəzərə alsaq ki, ŞƏT icması artıq 27 dövlətdən ibarətdir, bu, təşkilatın yüksək cəlbediciliyini və onun məqsəd və vəzifələrinin dünyanın bir çox ölkələrinin maraqlarına uyğunluğunu nümayiş etdirir”, - katib bildirib.
Chosen
16
1
yeniavaz.com

2Sources