EN

Bacısını namus üstündə dəmir profillə öldürən qardaş HƏBS EDİLDİ

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Culfa rayonunda qardaşın öz bacısını qətlə yetirməsi ilə nəticələnən cinayət hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə 24 iyun 2024-cü ildə Bənəniyar kəndində baş verib.

Təqsirləndirilən 1984-cü il təvəllüdl Elnur Əliyevi (ad və soyad şərtidir) bacısı Elfanə Əliyevanı (43 yaş) namus məsələsi üzərindən qəsdən öldürməkdə ittiham olunub.

Məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs bacısının bir neçə il əvvəl kənd sakini ilə qaçıb qayıtmasını, 43 yaşında evlənməsini və son olaraq arvadının alt paltarlarını oğurlayıb su kanalına atmasını ailə namusuna ləkə kimi qiymətləndirib.

Bu səbəblə qərar verərək, bacısını evin qapısı yaxınlığında 1 metr uzunluğunda dəmir profillə baş və bədən nahiyələrindən vuraraq öldürüb. Zərərçəkmişin bədənində çoxsaylı sınıqlar, açıq yaralar və baş beyin əzilməsi aşkar edilib, bu da ağır xəsarət kimi qiymətləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı tam qəbul edib və peşman olduğunu bildirib. O, əməlini namus təmizləmə niyyəti ilə izah etsə də, qəsdən törətdiyini etiraf edib. İbtidai istintaqda verdiyi ifadələrdə bacısı ilə münasibətlərinin normal olduğunu, lakin yuxarıda qeyd olunan hadisələrin səbrini daşırdığını qeyd edib.

O, bacısını qorxutmaq niyyəti ilə başladığını, lakin nəzarəti itirdiyini söyləyib. Təqsirləndirilən şəxsin 3 azyaşlı uşağı olması, cinayəti ilk dəfə törətməsi, səmimi etirafı və müsbət xarakteristikası cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb. Cəzanı ağırlaşdıran hal müəyyən edilməyib.

Zərərçəkmişin hüquqi varisi (əri) və şahidlər (qardaşlar, arvad və s.) ifadələrində hadisəni təsdiqləyiblər. Təqsirləndirilən şəxsin arvadı bacısının paltarları oğurladığını təsdiqləyib, lakin qətl niyyətindən xəbərsiz olduğunu bildirib. Tibbi ekspertiza zərərçəkmişin yaralarının həyat üçün təhlükəli olduğunu, psixoloji ekspertiza isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə qadir olduğunu müəyyən edib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi Elnur Əliyevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
baku.ws

2Sources