Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında Avropa İnvestisiya Bankı və Avropa Komissiyası (AK) Fələstin Valyuta İdarəsi ilə ölkədə iqtisadiyyatın yenidən qurulması və özəl sektorun dayanıqlığının gücləndirilməsi məqsədilə 400 milyon avroluq sazişin imzalandığını elan edib.
"Aznews.az"xəbər verir ki, maliyyələşmə Fələstin Valyuta İdarəsi və yerli maliyyə institutları vasitəsilə həyata keçiriləcək.
Kreditlər Fələstin iqtisadiyyatının əsasını təşkil edən mikro, kiçik və orta müəssisələrə sərfəli şərtlərlə veriləcək. "Bu müəssisələr davam edən münaqişədən ciddi şəkildə təsirlənib", - Avropa Komissiyası qeyd edib.
AK-nin məlumatına görə, bu saziş 2025-2027-ci illər üçün ümumi büdcəsi 1,6 milyard avroya qədər olan "Fələstin üçün çoxillik inteqrasiya edilmiş Bərpa və Dayanıqlıq Proqramı"nın bir hissəsidir.