EN

Əfqan uşaq eniş qurğusunda Kabildən Yeni Dehliyə uçub

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əfqanıstanda 13 yaşlı uşaq sərnişin təyyarəsinin şassisində gizlənərək Kabildən Hindistanın paytaxtı Yeni Dehliyə gedib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan əfqan uşaq gizli şəkildə Kabil hava limanına daxil olaraq sərnişinlərə qarışıb. Uşaq "Kam Air"in RQ-4401 reysinin eniş qurğusunun yuvasına daxil olub və təyyarənin arxa təkərinin quyusunda gizlənib. Burada təhlükəli səyahət edən 13 yaşlı oğlan Nyu Dehli Beynəlxalq Hava Limanına qədər gəlib.

Belə ki, Hindistanın Mərkəzi Sənaye Təhlükəsizliyi Qüvvələrindən (CISF) verilən açıqlamaya görə, oğlan dindirildikdən sonra gəldiyi eyni təyyarə ilə Kabilə geri göndərilib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
525.az

1Sources